525.Az

Bayram günlərində elektrik enerjisi ilə təchizatda heç bir problem yaranmayıb


 

Bayram günlərində elektrik enerjisi ilə təchizatda heç bir problem yaranmayıb<b style="color:red"></b>

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayıb.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanaraq, hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunublar.

Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Hal-hazırda ölkə boyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

 





04.01.2019    çap et  çap et