525.Az

Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlandı


 

Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlandı <b style="color:red"></b>

Gömrük əməkdaşları avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycanın aksiz markası ilə markalanmayan, üzərində "Hennesy X.O." yazısı olan 70 ədəd 0.7 litrlik, üzərində "Moet&Chandon" yazısı olan 60 ədəd 0.75 litrlik və üzərində "Godet Antarctica" yazısı olan 6 ədəd 0.5 litrlik spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 





04.01.2019    çap et  çap et