525.Az

Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə yeni marşrut təklif edib


 

Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə yeni marşrut təklif edib<b style="color:red"></b>

Azərbaycan Kolumbiyadan turist axınının artırılması məqsədilə Boqota-İstanbul-Bakı-Tbilisi marşrutunun yaradılmasını təklif edib.

Bunu Trend-ə Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov deyib.

H.Zeynalov bildirib ki, Kolumbiyanın iri turizm şirkətləri ilə danışıqlar aparılıb və onlara Azərbaycanda qış və yay turizmi barədə ətraflı məlumat verilib:

“Kolumbiyadan Azərbaycana turist əsasən 3 böyük şəhərdən – paytaxt Boqota, Medelyin və Kartaxenadan gəlir. Bu ölkədən turist axınının təkcə Bakıya deyil, həm də Azərbaycanın regionlarına da cəlb olunması nəzərdə tutulur”.

Diplomat qeyd edib ki, ötən il Kolumbiyadan Azərbaycana turist axını əvvəlki illərlə müqayisədə artıb:

“Buna İstanbuldan Boqotaya “Turkish Airlines”ın birbaşa reysinin açılması imkan yaradıb. Kolumbiyadan Türkiyəyə gələn turistlərin sayı artdı. Uzun məsafəni nəzərə alaraq kolumbiyalı turistlər əvvəlcə Türkiyəyə gəlir, daha sonra ətraf ölkələrə yola düşürlər”.

 





05.01.2019    çap et  çap et