525.Az

QHT Əməkdaşlıq Alyansı Qubada regional seçki Forumu keçirdi


 

 QHT Əməkdaşlıq Alyansı Qubada regional seçki Forumu keçirdi<b style="color:red"></b>

QHT Əməkdaşlıq Alyansı  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili» layihəsi ilə bağlı növbəti ictimai forumu Quba  rayonunda keçirib.

QHT Əməkdaşlıq Alyansı Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, regional xarakterli forumda Quba- Xaçmaz regionuna daxil olan Xızı, Şabran, Siyəzən, Qusar rayonun olan ictimaiyyət nümayəndələri iştirak edib. “Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalası” forumunda QHT Əməkdaşlıq Alyansının həmsədri, layihənin rəhbəri Rufiz Qonaqov tədbiri açaraq, geniş məruzə ilə çıxış edib. O, bildirib ki, vətəndaş cəmiyyəti institutları seçki prosesinə ümumi nəzarəti həyata keçirməklə, seçki mühitinin, seçki rəqabətinin, seçki subyektlərinin fəaliyyətinin monitorinqini aparmaqla və obyektiv hesabatlarla seçkilər haqqında qərəzsiz rəy formalaşmasına yardım edə bilər. Belə ki, məqsədimiz real və demokratik seçki mühiti ilə bağlı həm yerli ictimaiyyət, həm də beynəlxalq təşkilatlar üçün obyektiv hesabatların hazırlanmasıdır:
 
“İctimaiyyətin və yerli, regional vətəndaş cəmiyyəti institutları ilə birgə keçirdiyimiz bu forumun məqsədi demokartik seçki mühitinə dəstək verməkdir. Bəzən şahid oluruq ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə ikili münasibət sərgiləyir. Vətəndaş cəmiyyəti sektoru bunu yolverilməz hesab edir və vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin qarşısında duran əsas vəzifə belə münasibətlərə qarşı etiraz etmək, bu münasibətlərin dəyişilməsinə nail olmaqdır. Ona görə də QHT-ləri, vətəndaş cəmiyyətinin digər instiutlarını, yerli icmaları seçkidə aktiv iştirak etməyə çağırırıq. Biz dövlətimizin müsbət imici, demokratik inkişafı üçün daim çalışmışıq və bundan sonra bu istiqamətdə fəaliyyətimiz davam etməlidir”.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə Quba rayonundan seçilmiş Millət vəkili Yevda Abramov forumda çıxış edib. O, QHT-lərin seçki təşəbbüslərinə qoşularaq QHT Əməkdaşlıq Alyansının bu forumunu alqışlayıb. Millət vəkili qeyd edib ki,  vətəndaş cəmiyyəti sektoru seçki prosesində fəallıq göstərməklə, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün zəmin hazırladığı kimi seçki mühiti ilə bağlı da ümumi müsbət rəyin formalaşmasını təmin etməkdə maraqlıdır. Bu gün seçki prosesi, seçkidə iştirak edən siyasi qüvvələrə, namizədliyə iddia edənlərə şərait yaradılır və hər hansı qadağa yoxdur.

Forumda  Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək vurğulayıb ki,  biz bütün seçkini müşahidə edirik və ekspertlərimiz diqqətlə izlədikləri ümumi mənzərə ilə bağlı hesabat üzərində işləyir. Hazırlanan hesabat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. QHT-lər, seçicilərin fəallığına dəstək verməli, onları ölkəmizin gələcəyi naminə doğru seçim etməyə istiqamətləndirməlidir.

Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Eynunla Xeyrullayev tədbirdə çıxış edərkən bildirib ki, vətəndaş cəmiyyəti seçki prosesində aktiv iştirak etməklə, ictimai nəzarəti həyata keçirir. Bu bizim üçün, vətəndaş cımiyyətinin nüfuzunun artması baxımından da əhəmiyyətlidir: “QHT Əməkdaşlıq Alyansının bu fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu forumun məhz Qubada təşkil olunmasına görə, Alyans rəhbərliyinə təşəkkür edirik”.

Daha sonra Quba rayon Ağsaqqallar şurasının sədri Həsən Günəşli, Qafqa Müsəlmaları İdarəsinin Şimal Bölgəsi üzrə nümayəndəsi Hacı Nayib Əfəndi, Quba rayonunda fəaliyyət göstərən Şəfəq qəzetinin baş redaktoru Qəhraman Qasımov, Siyəzan rayon ictimaiyyəti Ramilə Seyidova və başqaları çıxış ediblər. Çıxışçılar QHT Əməkdaşlıq Alyansının layihəsinin əhəmiyyətini və görülən işləri, aparılan monitorinqi yüksək qiymətləndiriblər.  Forumda QHT Əməkdaşlıq Alyansının həmsədrlər Yadigar Məmmədli, Rəfail Becanov, İdarə Heyyətinin üzvü Nailə İsmayılova, Alyans üzləri- mətbuat xidmətinin rəhbəri Qurbanəli Ömər, Rəhilə Teymurova, Mehriban Abdullayeva, Eldar Orucov, Sevinc Nəcəfova, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Onu qeyd edək ki, Alyansın monitorinq qrupu Quba- Xaçmaz bölgəsində prezident seçkisi ilə əlaqədar monitorinqi davam etdirir.

 





04.09.2013    çap et  çap et