525.Az

Qız qalası və Şirvanşahlar Sarayını 250 mindən çox insan ziyarət edib


 

Qız qalası və Şirvanşahlar Sarayını 250 mindən çox insan ziyarət edib<b style="color:red"></b>

Ötən il Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini 250 mindən çox turist ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu iki qədim abidə İçərişəhərin ən çox maraq duyulan və ziyarət edilən məkanlarından olub.

Ötən il ərzində Şirvanşahlar Sarayı Kompleksini ziyarət edən 100 mininci ziyarətçi idarə tərəfindən müəyyən edilərək xatirə hədiyyələri və xüsusi sertifikatla təltif edilib.

Bu il bu ənənənin Qız qalasının ziyarətçiləri üçün də tətbiq edilməsi planlaşdırılır. Azərbaycan xalqının maddi-mədəni irsinin canlı təqdimatı, onun mənəvi aləminin həqiqi təzahürü məhz bu məkan daxilində vəhdət təşkil edir.

İçərişəhəri ziyarət edənlərin sayı günü-gündən artır və Qoruq xalqımızın milli-mədəni irsi və tariximizlə tanış olmaq üçün ən gözəl imkanlar yaradır.

 





06.01.2019    çap et  çap et