525.Az

Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının yeni laureatları


 

Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının yeni laureatları <b style="color:red"></b>

“Vektor” Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2018-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə, builki laureatların siyahısı Uluqbəy Yesdouletov  (Qazaxıstan), Rüstəm Behrudi, Ramiz Qusarçaylı, İbrahim İlyaslı və Fərid Hüseyndən ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 18 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə, bir nəfər gənc şairimizə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.  Hər il mükafat alan şairlərin kitabları “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayımlanaraq oxuculara hədiyyə olunur.

ŞAHANƏ

 





06.01.2019    çap et  çap et