525.Az

Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur


 

Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur<b style="color:red"></b>

Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyac yoxdur, həyatları üçün bir təhlükə yoxdur", - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

 





06.01.2019    çap et  çap et