525.Az

İspaniyada 15 yaşlı yeniyetmə lotereyada 200 min avro uddu - Video


 

İspaniyada 15 yaşlı yeniyetmə lotereyada 200 min avro uddu - <b style="color:red">Video </b> İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə ona 200 min avro pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl alıb:

"Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin, yeni mobil telefon alım və ya pulu kiçik mənzilə (mənzil alım-red) qoyum".

Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilən Xaçı suyuna salınma bayramı ilə üst-üstə düşür.

Daha əvvəl Kanada sakini "Milad" cekpotunda 44 milyon dollar qazanıb.

 





06.01.2019    çap et  çap et