525.Az

"Türkiyədə batmış gəmidə xilas edilənlər arasında azərbaycanlılar yoxdur"


 

"Türkiyədə batmış gəmidə xilas edilənlər arasında azərbaycanlılar yoxdur"<b style="color:red"></b>

Qara dənizdə, Türkiyənin Samsun sahillərində batmış yük gəmisinin xilas edilən heyət üzvləri arasında hələlik azərbaycanlılar yoxdur.

Bu barədə Trend-ə Türkiyə Sahil-Mühafizə Xidmətinin Samsun şöbəsindən bildiriblər.

Qeyd olunub ki, hadisə bölgəsində axtarış işləri davam etdirilir.

Məlumata əsasən, azərbaycanlılardan biri gəminin kapitanıdır.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.

 





07.01.2019    çap et  çap et