525.Az

ADU professorunun kitabı İsveçdə çap olundu


 

ADU professorunun kitabı İsveçdə çap olundu <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun İsveçin Malmö şəhərində "TRYCK HOLMBERGS" nəşriyyatında "Volter və Hüqonun Şərq dünyası" adlı kitabı işıq üzü görüb.

270 səhifədən ibarət kitabda Volterin Astiaq əfsanəsinə, Zərdüştliyə, Hindistan, Çin, İran mədəniyyətinə, türklərə baxışı, habelə dahi mütəfəkkirin "Zairə" və "Skiflər" faciələri, Hüqonun "Şərq motivləri" əsəri geniş surətdə tədqiqata cəlb olunub, Hüqonun islam dinini qəbul etməsinə münasibət bildirilib.

Burada Volterin "Skiflər" faciəsi ilə "Kitabi Dədə Qorqud" dastanındakı bəzi müqayisələr də diqqət çəkən məqamlardandır. Kitabda eyni zamanda, dünya şöhrətli fransız alimləri Jan Lui Bakke Qrammon və Arno Lasterin, Franş Konte regionun konseyi, vitse-prezidenti Pier Maniyin Feyzonun fikirləri, müxtəlif vaxtlarda Fransanın ən nüfuzlu orqanlarından biri "LEST Republicain" qəzetində azərbaycanlı alim haqqında dərc  olunmuş yazılar da öz əksini tapıb. Bu, müəllifin xaricdə nəşr olunmuş 11-ci kitabıdır. Xatırladaq ki, bundan əvvəl tədqiqatçının 2 kitabı Rusiyada, 3-ü ABŞ-da, Fransa, Almaniya, İngiltərə, Kanada və Hindistanda kitabları nəşr olunub. Tədqiqatçının xaricdə çap edilmiş bu əsərləri dünyanın 30-a qədər ölkəsində yayılıb.

Kitabı ingilis dilinə ADU-nun dosenti Fialə Abdullayevə tərcümə edib.

 





08.01.2019    çap et  çap et