525.Az

Bakıda evdə partlayış: 3 nəfər öldü - Yenilənib


 

Bakıda evdə partlayış: 3 nəfər öldü - <b style="color:red">Yenilənib </b>

Yasamal rayonunda partlayış baş verən evin qonşuluğunda yerləşən evlərin üz qatına da ziyan dəyib.

Trend-in müxbiri xəbər verir ki, partlayışın gücündən qapı və pəncərələr yerindən çıxıb.

***

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 





09.01.2019    çap et  çap et