525.Az

İlahiyyat İnstutunda “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” seminarı


 

İlahiyyat İnstutunda “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” seminarı<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstutunda (Aİİ) “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar keçirilib.

Aİİ-dən verilən məlumata görə, “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub.

Seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.

Tələbə heyətinin iştirak etdiyi seminarda Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzə ilə çıxış edib. İ.İsgəndərov Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib. O bildirib ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, islam əxlaqının təbliğinə həsr edib. O qeyd edib ki, peyğəmbərə məhəbbət bəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır.

Seminarda qeyd edilib ki, Məhəmməd Peyğəmbərin həyatı kamilliyin ən gözəl nümunəsi olub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

 





09.01.2019    çap et  çap et