525.Az

Qazi Qarabağ azanı Sabirabadda səsləndi - Foto


 

Qazi Qarabağ azanı Sabirabadda səsləndi -<b style="color:red"> Foto</b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Sabirabad rayonunda keçirib.

İctimai Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək, birlik olaraq “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə” adlı layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib.

O, Qazi Qarabağ azanını ölkədə milli vətənpərvərlik ruhunun dirçəlməsi yolunda mənəviyyat adamlarının yeni nəfəsi olaraq qiymətləndirib. Sevinc Əzimbəyli bütün Sabirabad rayon sakinlərini bu azanın təbliğində aktiv olmağa çağırıb. Sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, ölkədə milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev olduğunu bildirib.

O, seçkilər öncəsi həqiqi inanclı ölkə vətəndaşlarının xarici dövlətlərin emissarlarından uzaq olacağına inandığını qeyd edib. Daha sonra rayon dindarlarının adından Hacı Əlisəfa Əhədov, ziyalı Səidə Hüseynova çıxış edərək, Qazi Qarabağ azanına bütün sabirabadlıların dəstək verəcəklərini bildiriblər. Digər çıxış edən rayon ziyalıları isə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə belə müqəddəs missiyaya xidmət etdiklərinə görə öz dərin təşəkkürlərini çatdırıblar. Qazi Qarabağ azanın səslənməsi zamanı kövrək duyğular yaşanıb. Tədbirdə Sabirabad rayon ziyalıları, nüfuzlu din adamları və gənclər iştirak edib.

yeniufuq.org

 





04.09.2013    çap et  çap et