525.Az

DİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yaydı


 

DİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yaydı<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.

 





09.01.2019    çap et  çap et