525.Az

3 nəfərin öldüyü partlayışın səbəbi ilə bağlı Yasamal İH-dən açıqlama


 

3 nəfərin öldüyü partlayışın səbəbi ilə bağlı Yasamal İH-dən açıqlama <b style="color:red"></b>

Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.

Bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda deyilir ki, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib:

"Həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir".

 





09.01.2019    çap et  çap et