525.Az

Gənc yazarların "Mirzə Şəfi Məclisi"nin növbəti toplantısı


 

Gənc yazarların "Mirzə Şəfi Məclisi"nin növbəti toplantısı <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların "Mirzə Şəfi Məclisi" bu ilin ilk toplantısını Azərbaycan Xalça Muzeyində keçirib.

Baş İdarədən bildirilib ki, Xalça Muzeyinin "Uşaq muzeyi" şöbəsinin müdiri Azər Abdullayev gənc yazarlara muzey barədə məlumat verərək onlara yaradıcılıq uğurları arzulayıb.

"Mirzə Şəfi Məclisi"nin sədri Gülzar İbrahimova bildirib ki, məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.

Məclisdə gənc yazarlar yeni əsərlərini oxuyublar.

 





09.01.2019    çap et  çap et