525.Az

Karaqanda cinayəti: Türk xalqlarını hədəfə alan erməni terroru


 

"QAZAXISTANDA TÖRƏDİLƏN HADİSƏNİ ERMƏNİ KRİMİNAL QRUPLAŞMASI ƏVVƏLCƏDƏN PLANLAŞDIRIB"

Karaqanda cinayəti: <b style="color:red">Türk xalqlarını hədəfə alan erməni terroru</b>

Məlum olduğu kimi, Qazaxıstanın Karaqanda şəhərində ermənilərlə qazaxlar arasında yaranan mübahisə zəminində cinayət hadisəsi törədilib.

Ermənilərə məxsus "Drevniy Rim" restoranında baş verən insident nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıblar.

Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törədən və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek Ovnanoviç haqqında dövlətlərarası axtarış elan edilib. Məlumata görə, şübhəli, yanvarın 1-də, gecə saat 22:00-dan sonra Qazaxıstan-Rusiya sərhəddini keçib. Şübhəlinin tutulması üçün Rusiyaya və Ermənistana əməliyyat-istintaq qrupu göndərilib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib ki, qaçan Qururyan Ermənistan vətəndaşıdır.

Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub. Hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Karaqandada minlərlə sakin küçələrə axışıb və onlar ermənilərin vilayətdən qovulmasını tələb edib, bunun üçün 3 gün vaxt qoyublar.

Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyil.

Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini "ari" irqi kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib. Digər ölkələrdə, o cümlədən, Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar əslində, Qazaxıstan ərazisində fəaliyyət göstərən 5-ci kalondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır. Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək içəridən zərbə vururlar. Mərkəzi Asiya ölkələri, o cümlədən, Qazaxıstanda yaşayan ermənilərin əməllərinə sıradan, adi hal kimi baxılmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarılmalıdırlar.

Məsələ ilə bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdikləri cinayət adi bir hadisə hesab edilə bilməz. O, SİA-ya bildirib ki, bu, erməni kriminal qruplaşması tərəfindən əvvəlcədən planlaşdırılan və qazax türklərinə qarşı erməni düşmənçiliyi ilə müşayiət olunan cinayətdir: "Ermənilər hər zaman məskunlaşdıqları yerlərdə xüsusi icma şəklində təşkilatlanaraq cinayətkar qruplar formalaşdırır, öz icma maraqları üçün belə qrupların xidmətlərindən istifadə edirlər. Müəyyən bir mərhələdən sonra isə məskunlaşdıqları ərazinin onların tarixi vətənləri olduğunu iddia edir və etnik separatçılığa başlayırlar".

Deputatın sözlərinə görə, Azərbaycan bu təcrübəni artıq uzun illərdir yaşayır: "Hazırda ən böyük problemimiz də elə etnik separatçılıq nəticəsində meydana gələn Dağlıq Qarabağ problemidir. "Böyük Ermənistan" şovinizmi zəhəri ilə qidalanaraq böyüyən ermənilər bu yolda özlərinə birinci düşmən türkləri sayırlar. Çünki türk-müsəlmanlara qarşı düşmənçilikdə onları imperialist mərkəzlər dəstəkləyir və təşkilatlanmalarına kömək edirlər. Onların qazaxlara olan nifrəti də elə ümumtürk nifrəti kontekstində formalaşan kindir".

H.Babaoğlu qeyd edib ki, qardaş qazax xalqında milli özünüdərk prosesi yüksək inkişaf mərhələsindədir və bu xalq XXI əsrdə öz tarixi missiyasını layiqincə yerinə yetirə biləcək qədər inkişaf edib.

Deputat bildirib ki, hələ sovet dövründən bəri bütün türkləri eyni gözdə görən ermənilər əllərinə düşən fürsəti öldürücü silaha çevirməyə çalışırlar: "Qardaş özbək xalqına qarşı Qdlyan əməliyyatı, Qazaxıstanda sovet dövründə hakimiyyətin müxtəlif pillələrində təmsil olunan erməni məmurların yerli qazax xalqına qarşı törətdikləri bəlli və bəlli olmayan çoxsaylı cinayətlər də bu nifrətlə izah olunan hadisələrdir. Ermənilər özlərini ali "Ari" irqinə mənsub hesab edərək qazaxları geridə qalmış köçərilər adlandırır və onlara yuxarıdan aşağı baxırlar. Halbuki "haylar" özləri vətəni olmayan qaraçı mənşəli tayfa pozuntularıdır. Bunu etiraf edən erməni tarixçisi Sevordyan da "haylar"ın etnogenezisini boşa, karaçi və hay tayfalarının təşkil etdiyini yazır. Bu vətənsiz tayfaları türklərin, azərbaycanlıların torpaqları hesabına dövlət sahibi ediblər. İndi də Qazaxıstanla bağlı ssenarilər hazırlayırlar. Böyük mədəniyyətdən və qədim tarixçilik ənənələrindən gələn qardaş qazax xalqı artıq hər şeyin fərqindədir və bizim üçün qardaş, müttəfiq olan bu gözəl ölkənin əsla erməni terroruna və separatizminə poliqon olmasına yol verməzlər".

H.Babaoğlu deyib ki, qazaxlar kas+saklardır, sakların varisləridir: "Kas uca, yüksək deməkdir. Kas+Bek, Kazbek, Kaf+Kas, Qafqaz dağlarının adı da eyni semantik mənanı ifadə etməklə qazaxlarla bizim ortaq əcdadlarımızın adı ilə bağlı olan etnotoponimlərdir. Bunu bizdən yaxşı bilən ermənilər Sumqayıt hadisələrində olduğu kimi, Karaqanda hadisəsini də manipulyasiya edərək ictimai rəydə yanlış fikir formalaşdırmağa çalışırlar".

"Erməni mətbuatı hadisəni əslində, azərbaycanlıların törətdiyini, cinayətkarın soyadının qəsdən erməniləşdirildiyini yazıblar. Sonra diqqəti cinayətin baş verdiyi məkana yaxın olan "Bakı" restoranına çəkmək istəyiblər. Dolayı yolla iki qardaş xalqın nümayəndələrini bir-birinə qarşı qoymağa çalışıblar. Bunların heç biri baş tutmadıqda isə Ermənistanın xarici işlər naziri qazaxıstanlı həmkarına məsələnin böyüdülməməsi ilə bağlı yalvarmağa başlayıb. Göründüyü kimi, düşmən olduqca hiyləgər və təhlükəlidir. Ona görə də qardaş ölkənin hüquq-mühafizə orqanları qazax xalqına düşmənçilik və nifrət hissi bəsləyən erməni kriminal qruplaşmalarına qarşı daim xüsusi hazırlıqlı olmalı, sərt qərarlar qəbul etməlidir", - deyə baş redaktor fikirlərini tamamlayıb.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Qazaxıstanda baş verən hadisələr ermənilərin mütəşəkkil qaydada məskunlaşdığı yerlərdə daim kriminal hadisələrin baş verdiyini bir daha göstərir. O, "Trend"ə bildirib ki, Karaqandada baş verən hadisə bunun növbəti əyani təzahürüdür: "Bu, eyni zamanda, ermənilərin faşizm ideologiyasının göstəricisi kimi də qiymətləndirilə bilər. Çünki illər də göstərib ki, ermənilərdə türkə nifrət faktoru dəfələrə öz sübutunu tapıb. Nəzərə alsaq ki, qazaxlar da türk xalqları qrupuna aiddirlər və baş verən hadisə birbaşa milli zəmində baş verib, bu zaman ermənilərə məxsus iaşə obyektində yaşanmış qətl hadisəsi deyilən bütün fikirləri təsdiq edir. Əbəs deyil ki, biz sosial şəbəkələrdə ermənilərin digər millətlərə qarşı yuxarıdan aşağı baxmaları, harada nə varsa, "erməni" adına çıxmaları barədə çoxsaylı faktların şahidləri oluruq".

B.Quliyev deyib ki, Qazaxıstanda ermənilərin özlərini bu qədər həyasızcasına aparmaları illərdən bəri davam edir: "Ümumiyyətlə, hələ Qazaxıstanda rəhbər vəzifələrdə fəaliyyət göstərmiş ermənilər əllərinə düşən hər bir fürsətdə daxillərindəki antitürk və faşizm ideologiyasını tətbiq ediblər. Bu barədə kifayət qədər əsaslı faktlar mövcuddur. Tarixi araşdırmalardan da görürük ki, Qazaxıstan ermənilər üçün etnik zəmində cinayətlər törətmək baxımından ən münasib ölkələrdən biri kimi seçilib".

Ekspertin fikrincə, təkcə Azərbaycanda baş verənləri xatırlamaq kifayət edər ki, Qazaxıstanda, eləcə də digər Mərkəzi Asiya ölkələrində yaşayan xalqlar belə məsələlərdə həssaslıqlarını qorusunlar, arzuolunmaz hadisələri incələyərək, bundan real nəticələr çıxarsınlar: "Təsadüfi deyil ki, bu günlərdə erməni mediasında Karaqanda hadisələri barədə yazılanları nəzərdən keçirərkən ən rəzil proqnozları görürük. Məsələn, erməni KİV-ləri hadisə baş verəndən dərhal sonra iddia ediblər ki, guya Qazaxıstan polisi qətl hadisəsini törədənlərin azərbaycanlılar olduğunu müəyyən etdikdən sonra onları cəmiyyətə erməni ad-soyadları ilə tanıdıb. Erməni xisləti, hiyləgərliyi budur. Hesab edirəm ki, bu cür həssas məsələlərdə qazax dostlarımız diqqətli olmalı, belə yalanların cəmiyyətə sırınması cəhdlərinin qarşısını zamanında almalıdırlar".

Ceyhun ABASOV

 





10.01.2019    çap et  çap et