525.Az

"Paşinyan qondarma rejimi nəzarətdə saxlamağa çalışır"


 

"Paşinyan qondarma rejimi nəzarətdə saxlamağa çalışır"<b style="color:red"></b>

"Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı nəzarətdə saxlamaq üçün iki üsuldan istifadə edir. O, tez-tez Xankəndiyə gəlir, yerindəcə həm nəbz yoxlaması həyata keçirir, həm də əsgər oğluna baş çəkir. Bundan başqa, Saakyanı İrəvana çağırıb müxtəlif mövzuları müzakirə edir".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Paşinyan separatçıların dəstəyini qazanmaq üçün üçüncü "üsul" da icad edib:

"Paşinyan xarici ölkələrə təyin etdiyi səfirləri Xankəndiyə göndərir ki, erməni diplomatlar separatçıların "istək və arzularıyla" yerindəcə tanış olsunlar. Məsələn, Paşinyanın Avstriyaya təyin etdiyi Armen Papikyan dekabrın 17-də Xankədiyə gələrək Bako Saakyanla görüşüb. Məqsəd aydındır.

Paşinyan bununla demək istəyir ki, təyin etdiyi səfirlər xarici ölkələrdə qondarma rejimin maraqları üçün də çalışmalıdırlar.

Təsadüfi deyil ki, tez-tez xəbərlər gəlir ki, hansısa ölkədə Qarabağ separatçıları sərgi keçiriblər və ya mallarını satmağa çalışırlar. Bütün bunları həmin ölkələrdə çalışan erməni səfirlər təşkil edirlər".

Ceyhun ABASOV

 





10.01.2019    çap et  çap et