525.Az

Gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşürlər - Foto


 

Gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşürlər - <b style="color:red">Foto</b>

Həqiqi hərbi xidmətə çağırış davam edir.

Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanları, ictimaiyyət, KİV və QHT nümayəndələrinin iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

Bakının Xətai rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, gəncləri hərbi xidmətə yola salan ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini yerinə yetirmələrini tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini diləyiblər. 

Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb. 

Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi  tövsiyə ediblər.
Hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

 





10.01.2019    çap et  çap et