525.Az

Bu gün Bakıda bal yarmarkası keçirilir


 

Bu gün Bakıda bal yarmarkası keçirilir<b style="color:red"></b>

Bu gün saat 11:30-da Bakı şəhərində Dəniz vağzalının zalında arıçılıq məhsullarının 14-cü respublika sərgi-satış yarmarkasının açılış mərasimi olacaq.

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yarmarkaya gələn arıçılar öz məhsullarını kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi qiymətə təklif edəcəklər.

Yarmarkada 49 rayondan 200 nəfər arıçının təxminən 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu satışa çıxaracağı gözlənilir. Yarmarkada balın kq-ı isə 15 manata satılacaq.

 





05.09.2013    çap et  çap et