525.Az

Aşıq Şəmşir Muzeyində Nəsib Nəbioğlu ilə görüş


 

Aşıq Şəmşir Muzeyində Nəsib Nəbioğlu ilə görüş <b style="color:red"></b>

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyində kəlbəcərli gənclərin tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin katibi Nəsib Nəbioğlu ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayıb.

O, bildirib ki, Nəsib Nəbioğlu Kəlbəcər ədəbi mühitinin ən istedadlı nümayəndələrindən biridir və uzun illərdir ki, Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir.

Sonra tədbirin aparıcısı - Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Nəsib Nəbioğlunun yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Layihələr Departamentinin direktoru Həqiqət Şükürova şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Tədbirdə Nəsib Nəbioğlunun şeirləri gənc aşıq - Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Göyçə Ömürlünün ifasında saz havaları üstündə səsləndirilib, eyni zamanda kəlbəcər məktəbliləri şairin şeirlərindən nümunələr söyləyib, ona suallarını ünvanlayıblar.

Tədbirin sonunda Nəsib Nəbioğlu "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğluna və iştirakçılara öz minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.



 





10.01.2019    çap et  çap et