525.Az

Təhsil naziri vətəndaşları qəbul edəcək


 

Təhsil naziri vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov yanvarın 18-i saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 9-15 yanvar 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Məlumatda bildirilib ki, qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

S.QARAYEVA

 





10.01.2019    çap et  çap et