525.Az

Dubayda Azərbaycan Ticarət Evinin açılışı təxirə salındı


 

Dubayda Azərbaycan Ticarət Evinin açılışı təxirə salındı <b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bunu Trend-ə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, Ticarət Evinin açılışı texniki səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ticarət Evinin açılışı yanvarın 10-na nəzərdə tutulmuşdu.

 





10.01.2019    çap et  çap et