525.Az

Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd aşkar edildi


 

Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd aşkar edildi <b style="color:red"></b>

Meksikanın Tamaulipas ştatında (ABŞ ilə sərhəd) 21 nəfərin yandırılmış cəsədi aşkar edilib.

Trend-in məlumatına görə, aşkar edilən cəsədlərin narkomafiyalar arasında müharibənin qurbanları olduqları ehtimal edilir.

Bildirilir ki, cəsədlər Migel Aleman şəhərində yandırılmış avtomobillərin yanında tapılıb.

Qeyd edək ki, Tamaulipas ştatı narkotrafik sistemində ən vacib regionlardan biri sayılır. Hazırda bu əraziyə görə 3 narkomafiya mübarizə aparır.

 





11.01.2019    çap et  çap et