525.Az

Dünya növbəti erməni vəhşiliyinin şahidi oldu


 

QAZAXISTANDA ERMƏNİLƏRİN MÜTƏŞƏKKİL DƏSTƏ ŞƏKLİNDƏ ETNİK QAZAXI ÖLDÜRMƏSİ, 3 NƏFƏRƏ AĞIR BƏDƏN XƏSARƏTLƏRİ YETİRMƏSİ BÖYÜK ƏKS-SƏDA DOĞURDU

Dünya növbəti erməni vəhşiliyinin şahidi oldu<b style="color:red"></b>

Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi, 3 nəfərə ağır bədən xəsarətləri yetirməsi böyük əks-səda doğurub.

Hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Karaqandada minlərlə sakin küçələrə axışıb və onlar ermənilərin vilayətdən qovulmasını tələb ediblər.

Baş verən hadisənin ciddi rezonans doğurması Ermənistanda da narahatlıqla qarşılanıb. Dövlətlərarası münasibətlərdə heç də uğurlu siyasət həyata keçirə bilməyən rəsmi İrəvan Qazaxıstanla əlaqələrin daha da pisləşəcəyindən ehtiyatlanaraq qarşı tərəfə üzrxahlığını çatdırıb. Hətta Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan cinayətin etnik zəmində baş vermədiyini deməklə, qəzəbli qazaxları sakitləşdirməyə cəhd edib: "Hadisə etniklərarası xarakter daşıya bilməz. Münaqişə edən tərəflər monoetnik olmayıblar. Davaya təşəbbüs edənlər arasında etnik qazax da olub".

Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qalaçyan da məsələ ilə bağlı qarşı tərəflə təmaslara keçib. Qazaxıstanın daxili işlər naziri ilə görüşdüyünü deyən səfir qeyd edib ki, hadisə ilə bağlı iki cinayət işi qaldırılıb. Bunlardan biri gəncin ölümünə səbəb olmuş kütləvi dava faktı ilə bağlıdır. O qeyd edib ki, cinayət hadisəsi ilə bağlı həbs olunanların sayı 11-ə çatıb. Səfir bildirib ki, onların arasında Ermənistan vətəndaşları da var. Daha bir erməni - Narek Qururyan isə axtarışa verilib. Məlumata görə, şübhəli yanvarın 1-də, gecə saat 22:00-dan sonra Qazaxıstan-Rusiya sərhəddini keçib. N.Quruyanın tutulması üçün Rusiyaya və Ermənistana əməliyyat-istintaq qrupu göndərilib.

Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumtürk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyil. Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini "ari" irqi kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib.

Digər ölkələrdə, o cümlədən, Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar əslində, Qazaxıstan ərazisində fəaliyyət göstərən 5-ci kalondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır. Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək qarşı tərəfə zərbə vururlar. Ona görə də, Mərkəzi Asiya ölkələri, o cümlədən, Qazaxıstanda yaşayan ermənilərin əməllərinə sıradan, adi hal kimi baxılmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarılmalıdırlar. Əks halda, faşist, qatı millətçi və irqçi təfəkkürə sahib ermənilərdən qarşıda daha çox xəyanatlərə, zərbələrə tuş gələcəklər.

Məsələ ilə bağlı fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, ermənilərin Qazaxıstanın Karaqanda şəhərində qazax millətinə mənsub olan bir nəfəri etnik zəmində öldürmələri, üç nəfərə isə ağır bədən xəsarətləri yetirmələri bir daha onların şüurunda kök salmış radikal millətçiliyin, faşizm ideologiyasının nə qədər təhlükəli olduğunu nümayiş etdirir. O, "Azərtac"a bildirib ki, Qazaxıstanda baş verən cinayət erməni millətçilərinin Azərbaycan-Qazaxıstan münasibətlərinə, rəsmi Astananın Aprel döyüşlərindən sonra, həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində nümayiş etdirdiyi ədalətli mövqeyə verilən reaksiyadır.

Politoloq qeyd edib ki, terrorun, qanlı cinayətlərin öz niyyətlərinə çatmaq üçün ermənilərin əlində silah olduğunu tarixi faktlar da sübuta yetirir: "Yüz ildən artıqdır ki, ermənilər Mərkəzi Asiyanın yerli xalqlarına qarşı cinayətlər, qanlı terror aktları törədirlər. Bu cinayətlər Fərqanədən Qarabağa, Qarsdan Urmiyaya kimi geniş bir coğrafiyanı əhatə edir. Bütün bu cinayətlərin arxasında erməni Qriqoryan kilsəsindən və ideoloji mərkəzlərdən körüklənən saxta, amansız "böyük Ermənistan" xülyası dayanır.

E.Mirzəbəyli Qazaxıstanda baş verən son hadisənin erməni millətçiliyinin simasının dəyişmədiyini göstərdiyini bildirib: "Onlar 100 il əvvəl Fərqanə vadisində, Margilan, Əndican, Namanqan, Qars, İğdır, Qarabağ, Quba, Bakı, Şamaxı, Təbriz, Zəncan, Urmiyada kim idilərsə, bu gün də eyni cinayətkar mahiyyətin daşıyıcılarıdır".

Politoloq qeyd edib ki, erməni millətçiliyi faşizmdən daha təhlükəli, amansız və sağalması mümkün olmayan xəstəlikdir: "Ermənilər təkcə türk xalqlarına qənim kəsilməyiblər. Onların digər xalqlara, o cümlədən, gürcülərə, ruslara, yəhudilərə, farslara qarşı törətdikləri cinayətlər bütün millətlərə qarşı düşmən mövqedə dayandıqlarını sübuta yetirir".

Ekspertin fikrincə, Qazaxıstanda baş verən hadisə bütün bölgə xalqları üçün həyəcan siqnalı olmalıdır: "Erməni millətçiliyinin kökünü kəsməyin, bu ideologiyanı Hitler faşizmi kimi tarixin arxivinə göndərməyin yolu onların Qarabağ iddialarına, təcavüzkarlığına son qoymaqdan keçir".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə qeyd edib ki, ermənilər Qazaxıstanda baş verənləri adi məişət hadisəsi kimi qələmə verməyə çalışırlar. O, SİA-ya bildirib ki, əslində isə vəziyyət tamam fərqlidir: "Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanı müdafiə etməsi ermənilərə xoş gəlmir. Nazarbayevin münaqişə ilə bağlı söylədiklərindən qəzəblənən ermənilər nifrətlərini sıravi vətəndaşların üzərinə tökməyə çalışırlar". Q.Hüseynli hesab edir ki, Karaqandada baş verən hadisənin kökündə ermənilərin xarakterinin ayrılmaz hissəsi olan başqa xalqlara, xüsusilə də türklərə nifrət dayanır.

Politoloq əlavə edib ki, qazaxlar bu hadisədən qəzəbləndikləri üçün ermənilərin həmin əraziləri tərk etməsini tələb edirlər: "Zənnimcə, Qazaxıstan xalqı ermənilərin bu cür həyasız davranışlarını unutmayacaq".

Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, ermənilər harada yaşasalar, hansı dövlətin ərazilərində özlərinə yer tapsalar, orada təşkilatlanırlar: "Ən pisi odur ki, bu təşkilatlanmalar yaşadıqları dövlətə və onun əhalisinə qarşı yönəlir. Onlar bu vasitə ilə vaxtaşırı terror, qətl hadisələri törədirlər".

Deputat qeyd edib ki, ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar: "Bu, uzun illərin prosesidir və onların hansı xislətə sahib olduğu yüz illərdir ki, sübut olunub. Vaxtilə bir sıra ölkələr onları milləti-sadiq adlandıraraq, saraya yaxın buraxır, mühüm postlar verirdilər. Amma nəticədə onlar qətllər törədir, müxtəlif terror hadisələri edir, xəyanətkarlıqla məşğul olurdular. Onların bu əməlləri bu gün də davam edir".

E.Məmmədovun sözlərinə görə, son dövrlər Avropa ölkələrində, o cümlədən, Almaniya, Fransa, Belçikada ermənilərin mütəşəkkil cinayətkar qruplaşmalar yaratdıqları dünya mətbuatının gündəmini zəbt edib: "Ermənilər müxtəlif ölkələrdə silah, insan alveri, narko-bizneslə məşğul olur, terror aktları həyata keçirirlər".

Deputat qeyd edib ki, ermənilərin Qazaxıstanda törətdikləri qətl hadisəsini azərbaycanlıların üzərinə atmaq istəsələr də, buna nail ola bilməyiblər: "Qazaxıstanın hüquq mühafizə orqanları məlum qətl hadisəsini ermənilərin törətdiyini təsdiqləyib".

E.Məmmədov hesab edir ki, ermənilər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana isti münasibətini həzm edə bilmirlər: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı son uğursuzluqlar ermənilərdə qisas hiss yaradıb".

Ermənilərin tarixən dünyaya özlərini məzlum, yazıq millət kimi təqdim etməyə çalışdıqlarını deyən deputat vurğulayıb ki, Karaqandadakı cinayət hadisəsi onların soyqırımı, terror hadisələri törədən xəyanətkar ünsür olduqlarını bir daha sübut edib.

Deputat Aydın Mirzəzadə də hesab edir ki, Qazaxıstanda bir qrup erməninin yerli qazax millətindən olan gənci qətlə yetirməsi sıradan bir hadisə deyil: "Bu, əslində, xaricdə bəzi erməni diaspor dairələrinin xarakteristikasıdır. İş burasındadır ki, erməni millətindən olan nümayəndələr dünyanın bir çox yerində yaşayırlar və hər yerdə onlar yerli adət-ənənəni və gəlmə olduqlarını nəzərə almaq istəmirlər".

A.Mirzəzadə bildirib ki, vaxtaşırı bu və ya digər ölkədə erməni diaspor nümayəndələrinin, yaxud müvəqqəti həmin ölkəyə gələnlərin qandonduran hərəkətləri haqqında məlumatlar yayılır: "Məsələn, ABŞ-da etnik ermənilərdən ibarət olan kriminal qruplaşmalar böyük cinayətlər törədir. Mətbuatda bununla bağlı çoxsaylı yazılar gedir. Bu yaxınlarda Almaniyada erməni quldurlarından ibarət dəstələrin fəaliyyəti ilə bağlı Almaniya hökumət nümayəndələrinin çıxışları olub. Rusiyada da erməni nümayəndələrinin yerli əhaliyə qarşı aqressiyası hiss edilir".

Deputatın sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan AŞPA-da çıxışı zamanı belə bir faşist ideyası irəli sürmüşdü ki, ermənilərlə azərbaycanlılar genetik olaraq uyğun gəlmir və bir yerdə yaşaya bilməzlər: "Amma nədənsə özləri türkdilli dövlətlərdə məskunlaşırlar. Qeyri-rəsmi məlumatlara görə, bu gün Türkiyədə 300 minə qədər erməni yaşayır. Baxmayaraq ki, Ermənistanda Türkiyəyə qarşı rəsmi səviyyədə böyük bir nifrət təbliğ edilir. Qazaxıstanda, Özbəkistanda və digər dövlətlərdə də ermənilər yaşayır, fəaliyyət göstərir. Onlar ilk növbədə, biznesdə, siyasətdə, mətbuatda aparıcı yer tutmağa çalışırlar. Yerli əhaliyə yuxarıdan aşağı baxmaq, onu aşağılamağa çalışmaq nədənsə müəyyən erməni diaspor dairələrinin artıq fəaliyyət növünə çevrilib. Qazaxıstanda bu gün yerli əhalinin ermənilərə qarşı ayağa qalxması, onların ölkədən çıxarılmasını tələb etməsi vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir. Qazax cəmiyyəti ermənilərin heç də xoşməramlı insanlar olmadığı anlayıb".

A.Mirzəzadə bildirib ki, Ermənistan hakimiyyəti bu məsələdən ciddi narahatdır: "Rəsmi İrəvanın Qazaxıstanı sakitləşdirməyə çalışmasına baxmayaraq, əhalinin yaddaşından onların etdiklərini silmək olmaz. Qazaxların yaddaşında ötən əsrin 30-cu illərində ölkələrinə rəhbərlik etmiş etnik erməni Levon Mirzoyanın imzası ilə milyonlarla yerli sakinin günahsız öldürülməsi faktı da var. Bütün bunlar göstərir ki, erməni millətçiliyinin fəlsəfəsində çox böyük qüsurlar var".

Qeyd edək ki, qətl hadisəsini törətməkdə təqsirli bilinən Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç həbs olunub.

Ceyhun ABASOV

 





11.01.2019    çap et  çap et