525.Az

Yunus Oğuzun Əmir Teymurla bağlı kitabları özbək dilində çap olunub


 

Yunus Oğuzun Əmir Teymurla bağlı kitabları özbək dilində çap olunub<b style="color:red"></b>

Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Əmir Teymur zirvəyə doğru” və “Əmir Teymur dünyanın hakimi” əsərləri özbək dilinə tərcümə edilərək bir kitab halında Daşkənddə çap olunub.

 Əsərləri orijinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar tərcümə edib. Kitabın özbək dilində tərcüməsini təşkil edən və rəyçi Qulu Kəngərlidir. Yazıçının bu əsərləri bundan əvvəl rus, türk və qazax dillərinə də tərcümə olunub. Eyni zamanda, Moskvada da  rus dilində böyük tirajla nəşr olunaraq populyarlıq qazanıb.

İndiyədək Yunus Oğuzun “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi” kitabları Türkiyədə böyük tirajla çap edilib. Müəllifin “Nadir şah” romanı 2010-cu ildə Londonda ingilis dilində işıq üzü görüb.

S.ABDULLAYEVA

 





05.09.2013    çap et  çap et