525.Az

Mədəniyyət işçilərinin yaradıcı peşə bacarıqları artırılır


 

Mədəniyyət işçilərinin yaradıcı peşə bacarıqları artırılır<b style="color:red"></b>

Dinləyicilərin, xüsusən, regionlarda çalışan mədəniyyət işçilərinin kreativ peşə səriştələrini artırmaq məqsədilə təşkil olunacaq ixtisasartırma kurslarına hazırlıq mərhələsinə başlanılıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, kurslarda tədris aparmaq istəyən iddiaçılar üçün yeni yaradılmış Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcək. Mühazirəçilər arasında sağlam rəqabət mühitinin yaradılması, habelə tədrisin effektivliyini artırmaq məqsədilə ilk mərhələdə açıq dərslər təşkil olunacaq. Sağlam rəqabət fonunda açıq dərsdən uğurla keçmiş iddiaçılar kreativ ixtisasartırma kursunda, habelə canlı yayımla mədəniyyət müəssisələrindən cəlb olunmuş dinləyicilərə dərs keçməsi nəzərdə tutulur.

Keçirilən dərslərin praktik yönümlü olması, müasir çağırışlara cavab verməsi, kreativ peşə səriştələrinin mənimsənilməsi və bu bacarıqların kurs keçmiş dinləyicilər tərəfindən çalışdığı mədəniyyət müəssisəsində iş fəaliyyətində tətbiq etməsi qarşıda duran hədəflərdəndir.

Qeyd edək ki, növbəti mərhələlərdə müxtəlif kateqoriyalı əməkdaşlar üçün keçiriləcək təlimləri mərkəzin saytında onlayn rejimdə izləmək mümkün olacaq.

 





11.01.2019    çap et  çap et