525.Az

İlham Əliyev: "Keçən il qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub"


 

İlham Əliyev: "Keçən il qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub"<b style="color:red"></b>

2018-ci il ölkəmiz üçün uğurlu il olub. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır:

"Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək".

 





12.01.2019    çap et  çap et