525.Az

Mobil operatorlara xəbərdarlıq


 

Mobil operatorlara xəbərdarlıq<b style="color:red"></b> Mobil operatorlar tərəfindən "Mobil Nömrələrin Daşınması Sistemi"nin gecikdirilməsi problemi yaxın zamanlarda həll edilməlidir.

Əgər bu məsələ yaxın zamanda həll olunmazsa, məhkəmə məsələsi yenidən gündəmə gələcək”.
 
Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bir müddət öncə nazirlik mobil operatorlara xəbərdarlıq etmişdi ki, bu məsələ həll edilməsə, məhkəməyə müraciət ediləcək:
 
“Bu, bir xəbərdarlıq xarakteri daşıyırdı. Mobil operatorlar bu istiqamətdə addımlarını daha da artırmalı və gücləndirməlidirlər. Bu istiqamətdə də işlər gedir. Müəyyən texniki məsələlər var ki, onların həlli layihənin həyata keçirilməsi prosesini ləngidir. Amma bizim gözləntimiz ondan ibarətdir ki, mobil operatorların mövcud problemi yaxın zamanlarda həll edəcəklər”.
 





05.09.2013    çap et  çap et