525.Az

İndoneziya Azərbaycana birgə avtomat istehsalını təklif edib


 

İndoneziya Azərbaycana birgə avtomat istehsalını təklif edib<b style="color:red"></b>

İndoneziyanın “PT Pindad” şirkəti Azərbaycana birgə avtomat silahların istehsalını təklif edib.

Bu barədə APA-ya “PT Pindad” şirkətindən məlumat verilib.
 
Şirkət SS-2 avtomat tüfənginin birgə istehsalı təklifi ilə cari ilin əvvəlində, Bakıya səfər zamanı çıxış edib. Azərbaycan tərəfi bu təklifə baxıla biləcəyini bildirib.
 
Yeni nəsil hücum tüfənglərindən sayılan SS-2 avtomatının 5.56x45 mm çaplı 3 fərqli modifikasiyası mövcuddur.
 
İndoneziya müdafiə sənayesinin əsas qurumlarından olan “PT Pindad” müxtəlif hərbi nəqliyyat vasitələri, döyüş maşınları, sursatlar, müxtəlif çaplı silahlar istehsal edir. Şirkətin istehsal etdiyi SS-1 və SS-2 avtomat tüfəngləri hazırda İndoneziya ordusu ilə yanaşı bir neçə ölkənin silahlanmasında yer alır.

 





05.09.2013    çap et  çap et