525.Az

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq


 

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

 





14.01.2019    çap et  çap et