525.Az

3 qat Avropa çempionuna vəzifə verildi


 

3 qat Avropa çempionuna vəzifə verildi <b style="color:red"></b>

3 qat Avropa çempionu olan azərbaycanlı idmançıya vəzifə verilib.

Trend-in məlumatına görə, Uşu-Sanda üzrə Avropa çempionu Elçin Eminov Azərbaycan Uşu Federasiyasının təşkilatı məsələlər üzrə şöbəsinin müdiri təyin edilib.

Bu barədə Federasiya prezidenti Azər Həsənsoy əmr imzalayıb.

Xatırladaq ki, Elçin Eminov Uşu-Sanda idman növü üzrə 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medal sahibi və Prezident mükafatçısıdır.

 





14.01.2019    çap et  çap et