525.Az

Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirdi


 

Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirdi<b style="color:red"></b>

Çin Xalq Respublikasının “Çane-4” kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayda bioloji eksperimenti müvəffəqiyyətlə yerinə yetirib.

AzərTAc “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.

Analoji eksperimentin kartof, raps, həmçinin digər bitki və bioloji növlərlə aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.

Xatırladaq ki, “Çane-4” bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.

 





15.01.2019    çap et  çap et