525.Az

Azərbaycan nəşrləri Moskvada maraqla qarşılandı (Fotolar)


 

Azərbaycan nəşrləri Moskvada maraqla qarşılandı<b style="color:red"> (Fotolar)</b> Dünyanın 50 ən böyük sərgi mərkəzindən biri sayılan Moskva Ümumrusiya Sərgi Mərkəzində möhtəşəm kitab sərgisi fəaliyyətə başlayıb. Sentyabrın 4-dən 9-na kimi davam edəcək bu sərgidə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda, Rusiyada, Türkiyədə, Qırğızıstanda, Çində, Misirdə, İranda, Türkmənistanda və digərlərində yayınlanan kitablar təqdim olunur. Azərbaycanı təmsil edən nümayəndələrin - Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Çingiz Əlioğlunun və bölmə məsləhətçisi Faiq Xudanlının verdikləri məlumata görə, sərginin hələ ilk günlərindən kitablarımız buraya gələn qonaqların, eləcə də Rusiyada yaşayan həmvətənlərimizin böyük marağına səbəb olub.

Sərgidə qardaş Türkiyədən gələn təmsilçilər də bir çox yayım evlərinin nəşri olan kitabları nümayiş etdirirlər. Onların sırasında istedadlı türk yazarı İmdat Avşarın yazdığı və çevirdiyi kitablar - Azərbaycan xatirələrini əks etdirən “Azərbaycan" adlı kitab, həmyerlimiz, Avrasiya Yazarlar Birliyinin üzvü şairə Afaq Şıxlının “Dostlarım bana da bahar gönderin!” şeirlər toplusu, tanımış yazıçı Əjdər Olun “Komutanın maymunu” kitabı xüsusi yer tutur.

Türkiyəni təmsil edənlərdən Ankara Qazi Universitetinin müəllimi, Avrasiya Yazarlar Birliyinin üzvü Hüseyn Demirtola, Moskvadakı Türkiyə səfirliyinin mədəniyyət üzrə attaşesi Celal Kılıçın, müavini İlker bəyin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Demet Koç və başqaları Azərbaycan və Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində ədəbiyyatın və incəsənətin mühüm rol oynamasından danışıblar. Rusiya dövlət radiosunun “Rusiyanın səsi” redaksiyasının türk bölməsinin müxbiri Tatyana Şuvalova şirin türk ləhcəsində müxtəlif suallar verərək bu sərgi haqqında iştirakçıların fikrini öyrənib.
Sərginin ilk gününə xatirə fotoşəkillərinin çəkilməsiylə yekun vurulub.
 





05.09.2013    çap et  çap et