525.Az

İran peyki orbitə çıxa bilmədi


 

İran peyki orbitə çıxa bilmədi<b style="color:red"></b>

İran anonsunu verdiyi iki yerli peykdən birincisini buraxıb, amma "Payam" peykini orbitə çıxarmaq mümkün olmayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Cavad Azari Cahromi bildirib.

"Raket daşıyıcı ilk iki mərhələni uğurla keçsə də, üçüncü etapda lazımi sürəti yığa bilmədi. Ona görə də "Payam"ı orbitə çıxarmaq mümkün olmadı. "Dusti"nin orbitdə olacağını gözləyirik", - nazir söyləyib.

 





15.01.2019    çap et  çap et