525.Az

"TAP layihəsinin reallaşdırılması Yunanıstanın əsas məqsədlərindəndir"


 

"TAP layihəsinin reallaşdırılması Yunanıstanın əsas məqsədlərindəndir"<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması Yunanıstanın enerji sahəsində hökumətin əsas məqsədlərindən biridir.

Trend-in məlumatına görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakis deyib.

Nazir bildirib ki, Yunanıstan hökumətinin qarşısında dayanan dörd məqsəd - Yunanıstanın qaz bazarının liberallaşdırılması və mökəmləndirilməsi;

Yunanıstan bazarının TAP, Yunanıstan-Bolqarıstan interkonnektoru, “EastMed” kimi iri infrastruktur layihələrinin reallaşdırılması hesabına Balkan və Şərqi Aralıq dənizi bazarlarına qoşulması;

ölkənin qaz təchizatı mənbələri və marşrutlarının möhkəmləndirilməsi;

ölkənin təkcə tranzit qovşağı kimi, həm də mümkün qaz istehsalçısı kimi mövqelərinin güclənməsidir.

 





15.01.2019    çap et  çap et