525.Az

Məmmədyarov Parisdə həmsədrlərlə görüşdü


 

<b style="color:red">Məmmədyarov Parisdə həmsədrlərlə görüşdü</b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

"Report" Azərbaycan XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

 





15.01.2019    çap et  çap et