525.Az

Britaniya parlamenti Tereza Meyin "Brexit" üzrə planını qəbul etmədi


 

Britaniya parlamenti Tereza Meyin "Brexit" üzrə planını qəbul etmədi<b style="color:red"></b>

Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə razılaşmasını qəbul etmədi.

Trend-in məlumatına görə, baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəkləyib, 432 parlamentari isə əleyhinə səs verib.

Bundan sonra Böyük Britaniyanın bir neçə variantı qalır: ölkə iqtisadiyyatı üçün ağır nəticələnə biləcək Aİ-dən razılaşmasız çıxış, "Brexit"in tarixinin dəyişdirilməsi, növbədənkənar ümumi seçkilərin keçirilməsi və ya yeni referendumun keçirilməsi.

 





16.01.2019    çap et  çap et