525.Az

Arif Məlikovun 85 illiyi qeyd edildi


 

Arif Məlikovun 85 illiyi qeyd edildi <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə məktəbin direktoru Kəmalə Həşimova, nəzəriyyə şöbəsinin müəllimi Mehriban Atakişiyeva çıxış edərək görkəmli bəstəkarın yaradıcılıq yolundan söhbət açıblar.

Bildirilib ki, böyük sənətkar məhsuldar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm də müəllim kimi ölkəsinə xidmət göstərib. Onun baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri milli musiqi xəzinəmizi zənginləşdirib. Bu musiqilər yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə böyük şöhrət qazandırıb.

Sonra məktəbin şagirdləri görkəmli bəstəkarın seçilmiş əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.

 





16.01.2019    çap et  çap et