525.Az

Tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər


 

Tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər<b style="color:red"></b>

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçəcəklər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə naziri respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

 





16.01.2019    çap et  çap et