525.Az

Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə


 

YERLİ QURUMLARIN ƏMƏKDAŞLARINA MÜVAFİQ GÖSTƏRİŞ VƏ İZAHATLAR VERİLİB

Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə görülən işlər, əldə olunan nailiyyətləri qeyd edib. O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.

Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə Fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

CEYHUN

 





16.01.2019    çap et  çap et