525.Az

Nazirliyin 700-ə yaxın əməkdaşı barədə intizam tənbeh tədbirləri tətbiq olunub


 

ÖTƏN İL 255 NƏFƏR İSƏ DÖVLƏT QULLUĞUNA QƏBULLA BAĞLI QANUNVERİCİLİK QAYDASINDA İŞƏ QƏBUL EDİLİB

Nazirliyin 700-ə yaxın əməkdaşı barədə intizam tənbeh tədbirləri tətbiq olunub<b style="color:red"></b>

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin həyata keçirdiyi daxili nəzarət tədbirləri nəticəsində qurumun mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.

Nazirlikdən verilən məlumata görə, həmçinin, nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib. İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn bu tədbirlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və vətəndaşlarla münasibətlərin şəffaf qurulması nazirliyin fəaliyyətində başlıca prinsiplərdən biridir. Xüsusilə əhali ilə sıx təmasların mövcud olduğu yerli strukturların fəaliyyətinə, onlar tərəfindən sosial proqramların, o cümlədən, özünüməşğulluq proqramının icrasına nəzarət həyata keçirilir, vətəndaşlar tərəfindən daxil olan şikayətlər operativ araşdırılır. Fəaliyyətində, vətəndaşlara xidmətlərdə nöqsanlara yol verən, dövlət qulluqçularının etik davranış qaydalarına zidd elementlər aşkar edilən əməkdaşlarla bağlı aidiyyəti tədbirlər görülür, hər hansı qanun pozuntularının aradan qaldırılması təmin edilir.

C.ABASOV

 





16.01.2019    çap et  çap et