525.Az

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb


 

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb<b style="color:red"></b>

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı islahatların mühüm bir istiqaməti sosial sığorta daxilolmaları sahəsində inzibatçılığın təkmilləşdirilməsinə, sosial sığorta haqlarının toplanması istiqamətində fəaliyyətin səmərəli və şəffaf təşkilinə yönəlib.

Bu barədə nazirlikdən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, görülən tədbirlərin nəticəsi kimi, 2018-ci ildə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 milyon manat və ya 8,3 faiz artaraq 3 milyard 678 milyon 300 min manata, o cümlədən, sosial sığorta daxilolmaları 246,5 milyon manat və ya 11,8 faiz artaraq 2 milyard 332 milyon 200 min manata çatıb.

Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Bu sektor üzrə daxilolmalarda 152,4 milyon manat və ya 11,4 faiz artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1  faiz (86 milyon manat və ya 6,1 faiz çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 milyon 736 min 551-ə çatıb.

C.ABASOV

 





16.01.2019    çap et  çap et