525.Az

Külək Azərbaycana "donuz qripi" gəirə bilər? - Rəsmi


 

Külək Azərbaycana "donuz qripi" gəirə bilər? - <b style="color:red">Rəsmi </b>

"Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb".

Bunu Trend-ə Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Nazirlik qeyd edir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:

"Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır".

 





17.01.2019    çap et  çap et