525.Az

Bakıda külək dayanacağın damını uçurdu


 

Bakıda külək dayanacağın damını uçurdu<b style="color:red"></b>

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

Trend-in məlumatına görə, dayanacaq məntəqəsinin damı uçub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

 





17.01.2019    çap et  çap et