525.Az

Tütün qadağası ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər


 

Tütün qadağası ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər<b style="color:red"></b>

Gələcəkdə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunda teatrda, kinoda, efir məkanında bu məsələnin məhdudlaşdırılmasının hüdudları ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ötən sessiyada “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib:

“Bununla bağlı bizim çox ciddi düzəlişlərimiz var. Bunlar ilkin mərhələdə müzakirə də edilərək onun qəbul edilməsi ilə bağlı qərar da qəbul edilmişdi. Sonra subyektiv mülahizələrə görə onlar kənara qoyuldu. Düşünürəm ki, o məsələlərə yenidən qayıdılacaq. Burada təklif edilən dəyişikliklər obyektiv səbəblərdən irəli gəlirdi, real vəziyyəti əks etdirirdi. Məsələlərə daha realist yanaşmaq lazımdır, sonradan ortaya çıxan məsələlər nəzərə alınmalıdır”.

 





17.01.2019    çap et  çap et