525.Az

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən Dağlıq Qarabağ açıqlaması


 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən Dağlıq Qarabağ açıqlaması <b style="color:red"></b>

İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri deyib.

O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsələlərinin həll olunmasını istəyir.

 





17.01.2019    çap et  çap et