525.Az

Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib


 

Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib<b style="color:red"></b>

2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən, yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləği isə 10 faiz artıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.

Qeyd olunan istiqamətlər üzrə ayrılan vəsaitlərdə də artım özünü göstərib. 2018-ci ildə əmək pensiyaları üzrə ödənişlərə əvvəlki illə müqayisədə 234 milyon 700 min manat çox olmaqla 3 milyard 523 milyon 200 min manat, sosial müavinət və təqaüdlərə isə 58 milyon 200 min manat çox olmaqla 428 milyon 800 min manat vəsait xərclənib.

C.ABASOV

 





17.01.2019    çap et  çap et