525.Az

AQTA-dan dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq


 

AQTA-dan dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq<b style="color:red"></b>

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

AQTA-dan verilən məlumata qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiya Federasiyasının Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alıb.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət edib.

CEYHUN

 





17.01.2019    çap et  çap et