525.Az

Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı


 

Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı<b style="color:red"></b>

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib.

Trend-in məlumatına görə, bununla əlaqədar “Avaq Kazaryan” müəssisəsinin məhsulları barəsində gücləndirilmiş laborator nəzarət rejimi tətbiq edilib.

Qeyd olunur ki, balıq məhsullarında arsen ötən ay aşkar edilib.

Daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Braziliyadan məhsul idxalına məhdudiyyət tətbiq etmişdi.

 





17.01.2019    çap et  çap et